“Məktəblərin ətrafında müşahidə olunan nəqliyyat sıxlığının səbəbi valideynlərin avtomobili ikinci-üşüncü cərgədə saxlamasıdır. Valideynlər bunu etməməlidir”.
Bunu Hit.az-a nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov deyib.
O bildirib ki, maksimum dərəcədə çalışmaq lazımdır ki, uşaqlar məktəbə fərdi maşınla deyil, ictimai nəqliyyatla gəlsin:
“Valideynləri başa düşürəm ki, birinci sinfə gedən uşağı müəllimə təhvil verib, sonra o rahat işinin dalınca gedir. Həmçinin, bu gün uşaqların çantaları o qədər ağırdır ki, valideyn övladının onurğasında problem olmasın deyə çantanı sinif otağına qədər aparır. Beləliklə, məktəblərin qarşısında nəqliyyat sıxlığı müşahidə olunur”.
Həmsöhbətimiz onu da əlavə edib ki, məktəblərin qarşısında saxlanılan nəqliyyat vasitələri ilə bağlı nəzarət tədbirləri keçiriləcək. Qaydaları pozan şəxslər cərimələnəcək.
Sevinc