Məmmədyarovun Nyu-Yorkda mənzillər almasına XİN-dən CAVAB 

ÖLKƏ
14:42 / 28.05.2020
2264

Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva nazir Elmar Məmmədyarovun Nyu-Yorkda mənzillər alması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

HİT.Az-ın məlumatına görə, L.Abdullayeva "Azadlıq radiosu"na bildirib ki, bu, nazirin şəxsi məsələsidir.

“Xarici İşlər nazirinin və ya nazirliyin əməkdaşlarının şəxsi məsələləri nazirlik tərəfindən şərh olunmur. Bir kəlmə ilə bildirdim. Xarici İşlər nazirinin şəxsi həyatıdır, bunu şərh etmirəm” – L.Abdullayeva qeyd edib.

1