Azərbaycanda 2023-cü ildə 73816 abort qeydə alınıb.
Son illərdə abort edənlərin sayı 2 dəfədən çox artıb.
Abort edən qadınların 50 faizdən çoxu, yəni 37 min nəfəri 15-29 yaş aralığındadır.
Mövzu ilə bağlı fikir bildirən ginekoloq həkim Aidə Süleymanova Hit.az-a şərhində deyib ki, abortların yüksək faizi regionlarda yaşayan qadınların payına düşür. Çünki onların qorunma üsullarından heç bir məlumatları olmur:
“Qadınlarla yanaşı, kişiləri də maarifləndirmək lazımdır. Çünki abort məsələsində təzyiq ən çox kişilərdən gəlir. Abort etdirən qadınlardan səbəbini soruşarkən, həyat yoldaşlarının onları məcbur etdiyini deyirlər. Kütləvi informasiya vasitələri də bu işdə fəal rol oynamalıdır. Xüsusən də televiziyalar bu istiqamətdə müxtəlif verilişlərlə çıxış etməlidir. Oğlan da , qız da övladdır. Unutmaq lazım deyil ki, abort zamanı həyat üçün təhlükəli qanaxmalar, infeksion xəstəliklər ehtimalı yüksəkdir. Nəinki abort zamanı, hətta abortdan sonra da fəsadlar baş verə bilər. Çox təəssüf ki, statistikada yeniyetmələrin və gənc qadınların da sayı artır. Onlar gənc olduqlarına görə abortun təhlükəsini tam dərk edə bilmirlər. Buna görə də abortdansa, hamiləlikdən qorunmaq lazımdır”.
Sevinc