Yerli televiziya kanallarımızın mədəniyyət redaksiyaları, incəsənət, teatr, uşaq və yeniyetmələrlə bağlı proqramları demək olar qeybə çəkilib.
Heç bir telekanalın efirindən milli teatr və kinomuz barədə maraqlı proqrama rast gələ bilməzsən. Səbəblər sadədir. Çünki peşəkarları ordan da ya qaçırdılar, ya da səslərini batırırlar.
Kolbasa, sosiska firmaları ancaq şou proqramlara sponsorluq etmək 6istəyirlər.
Uşaqlar üçün yerli cizgi flmləri nümayiş etdirilmir. Ya
həftə sonu, ya da yatan vaxtı, sübh tezdən verirlər.
Elə buna görə də azyaşlıların çoxu - şəhərlilər rusca, kəndlərdə isə uşaqlar türkiyə türkcəsində danışırlar.
Yetişən nəsil heç kimə maraqlı deyil. Sosial şəbəkələr Baboşların, Nurluların, Ləmanların ümidinə qalıb.Onlara baxa – baxa böyüyən uşaqların intellektual səviyyəsini düşünürsüz? İndi buna son qoyulmasa, 20 il sonra da başqa faciə ilə üz-üzə qalacağıq.
Murad