Azərbaycanın paytaxtı dəyişməlidir? - "Bakının alternativi..."

ÖLKƏ
12:22 / 25.09.2024
398

Bakının ən böyük problemlərindən biri olaraq tıxac hər zaman ön plana çıxır.

Xüsusilə son günlərdə paytaxt yollarında kifayət qədər sıxlığın olduğu müşahidə olunur. Əlbəttə ki, yeni tədris ilinin başlamasının da burada rolu var. Lakin buna baxmayaraq, Bakı yollarının hər zaman uzun tıxaclara ev sahibliyi etdiyini də deyə bilərik. Bu səbəbdən də bəzən Bakıdakı tıxacı böyük ölçüdə azaltmaq üçün paytaxtın başqa şəhərə köçürülməsi təklif olunur. 

Bəs bu məqsədlə Azərbaycanın paytaxtı başqa şəhərə köçürülə bilər? 

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bununla bağlı Hit.az-a açıqlama verib. Onun sözlərinə görə, paytaxtın dəyişməsi doğru addım olmaz:

358767

"Hesab edirəm ki, paytaxt olaraq Bakının alternativi yoxdur. Həmçinin, Bakı şəhərinin infrastrukturunun da analoqu mövcud deyil. Nəzərə almaq lazımdır ki, Azərbaycan seysmoloji ərazidə yerləşir. Ona görə də digər şəhərlərimizdə çox hündür mərtəbəli binaların tikilməsinə icazə verilmir". 

Ekspert diqqətə çatdırıb ki, paytaxtın başqa şəhərə köçürülməsi üçün çox böyük miqdarda vəsait lazımdır:

"Lakin paytaxtı dəyişmək əvəzinə ABŞ modelini tətbiq edə bilərik. ABŞ modeli hər şəhərə iqtisadi sərbəstlik verir. Üstəlik, paytaxt olma potensialında olan şəhərlərimiz var. Yəni onlara daha çox resurs ayrılsa, paytaxt olmasa belə paytaxta bənzər inkişaf yolu keçə bilərlər. 

Məsələn, həmin şəhərlərdə yeni binalar inşa oluna, tramvay və trolleybusun bərpası gündəmə gələ bilər. Buna baxmayaraq, tıxaca görə paytaxtın dəyişməsinə ehtiyac yoxdur". 

Pərviz

0