Naxçıvanda vəzifəli şəxs işdən çıxarıldı

ÖLKƏ
16:22 / 25.09.2024
120

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin sektor müdiri Mübariz Bayramov vəzifəsindən azad olunub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov əmr imzalayıb.

Qeyd edək ki, M.Bayramov 8 saylı Düdəngə seçki dairəsindən Naxçıvan Ali Məclisinə deputat seçilib.

0