“Müstəqillik illərində yetişən alimlərimiz artıq yavaş-yavaş dünya elmi ilə ayaqlaşmağa başlayırlar. Elm dibi görünməyən dəryadır və bu dəryaya baş vuranlar, hansısa nəticə əldə etdikdən sonra dayanmamalıdırlar. Elm və texnologiyanın sürətlə irəlilədiyi bir dövrdə bəzən hətta 1 il öncəki bilgilər köhnə sayıla bilir”.
Bu fikirləri Hit.az-a texnoloq,tədqiqatçı Cavad Cavadlı səsləndirib.
O bildirib ki, ABŞ-ın nüfuzlu Stanford Univeristeti 2024-cü il üçün dünyanın ən yaxşı (World's Top 2% Scientists) siyahısını açıqlayıb:
“Dünyanın potensial elm adamlarının fəaliyyətinin qiymətləndirilməsi məqsədilə hazırlanan bu siyahıda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 3 alimi də yer alıb. Həmin siyahıya Kompozit materiallar Elmi-Tədqiqat Mərkəzinin tədqiqatçıları Tural Nağıyev, Elçin Hüseynov və UNEC Avropa İqtisadiyyatı Mərkəzinin tədqiqatçısı Andrea Gattonun adı daxil edilib. Dünyanın ən yaxşı alimləri syahısında birdən birə 3 alimimizin adının yer alması Azərbaycanda elmin nüfuzunu yüksəldir. Bu sevindirici haldır.
Tədris prosesində süni intellektin, xüsusilə, Chat GPT AI -nin istifadəsi vacibdir və təəssüf ki, bir çox alimlərimizin bundan xəbəri olmur. Süni intellekt artıq insanı yarışa dəvət edir. Harvard Universitetinin təşkil etdiyi Vebinarlarda iştirak( bu vebinarlar tez tez təşkil olunur) evdən çıxmadan, əlavə xərc çəkmədən yeniliklərdən xəbər tutmaq, təkmilləşmək deməkdir. Universitet və xüsusi təmayüllü məktəblərimizdə belə təlim vebinarlarda iştirak təmin edilməlidir. Bu tədrisi dəfələrlə yaxşılaşdırır, sürətləndirir. Biz dünyaya, dünya da bizə inteqrasiya edir", deyə o qeyd edib.
Murad