Bir neçə gün əvvəl ortaq Türk əlifbası elan olundu və layihə təqdim olunub.
Müzakirə bir neçə gün davam edib, sonra sönüb.
Böyük Turan ideyasının ilk tumurcuğunu kimlərsə qəsdən soldurmağa çalışır. Türk birlik olarsa, yenilməz qüvvə olacaq. Bu müəyyən gücləri də qorxudur, əlbəttə.
Türk birliyinin yaradılması üçün dilin yaxınlaşması, psixoloji hazırlıq, hüquqi bazasının yaradılması şərtdir. Türk tarixini geniş öyrənmək və təbliğ etmək lazımdır.
Yer kürəsində ittifaqlar, birliklər ciddi surətdə artır. Dünya miqyasında bizim daxil ola biləcəyimiz ittifaq imkanı çox məhduddur. Yarım əsrə yaxındır ki, Türkiyə Avropa ittifaqına can atır, amma daha yarım əsrdə də bu üzvülük baş tutana bənzəmir.
Türk Birliyində iştirak edən bütün ölkələrin xalqlarında konstitusiya qəbul olunmasına baxlmayaraq, İslam-şəriət rejimi üstünlük təşkil edir. Hər bir ölkədə milli Türk ideologiyasının formalaşması üçün ortaq proqramın qurulması vacibdir.
Əsas problem ortaq dilin olmamasıdır. Bütün türk ləhcələrinin, hamısı daxil, elektron lüğətinin hazırlanması vacibdir. Biz asanlıqla rus, ingilis, Avropa dillərindən alınma sözlərdən istifadə edirik, türk dilindən söz işlədəndə bu nəsə üsyanla qarşılanır. Biz özümüz özümüzü bəyənməsək, yad bəyənərmi?
Murad