Xaricə axan büdcəmiz və beyin köçümüz

ÖLKƏ
21:36 / 26.09.2024
275

"Beyin axını” qlobal bir problemdir və bütün dünyada  müşahidə olunur. Azərbaycanda isə xüsusilə qabarıq nəzərə çarpır. Xaricdə təhsil alan gənclər ölkəyə qayıdıb işləməkdə, qazandıqları bilik və bacarıqlarla cəmiyyətə fayda verməkdə maraqlı olmurlar. Azərbaycan dövləti xaricdə təhsillə bağlı Dövlət Proqramı həyata keçirir. Gənclərimizin xaricdə təhsilinə büdcədən ciddi maliyyə ayrılır. Lakin gedənlərin 80 faizi geri qayıtmaq istəmir. Ən ürək ağırdan fakt isə dövlət proqramı ilə təhsildən əsasən məmur övladları yararlanırlar”.

Bu fikirləri Hit.az-a iqtisadçı Samirə kəKazımova səsləndirib.

“Müasir təhsil standartlarına cavab verən xarici universitetləri bitirən gənclər Azərbaycanda təklif edilən iş mühiti və əmək haqqı ilə razılaşmırlar.Təkcə dövlət müəssisələri deyil, özəl qurumlar da bu işdə maraqlı olmalıdırlar. Məsələn, şirkətlərdən xaricdə təhsil alan gənclər üçün daha az vergi tutulmalıdır. Xaricdə təhsil alanların isə ölkəmizin sosial-iqtisadi həyatına yönləndirilməsi daha vacibdir, nəinki onların digər ölkələrə xidmət etməsi. Lakin xaricdə təhsil alıb gələnlərlə yerli universiteti bitirən gənclərin maaşları arasında kəskin  fərq olarsa bu vəziyyəti daha da pis hala gətirər. Ən birinci ölkənin ali məktəbləri nüfuzdan düşər. Ona görə fərqli mexanizm düşünülməlidir, deyə o qeyd edib.

Murad

0