Zamanla saxta puldan istifadə edənlərin hüquq mühafizə orqanları tərəfindən həbs edilməsi ilə bağlı məlumatlar yayılır.
Ölkədə saxta pullardan istifadə hələ də davam edir. Bu cür hallarla isə daha çox satıcılar qarşılaşırlar.
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a şərhində deyib ki, saxta pulları seçmək elədə çətin məsələ deyil:
"Həmin pullara əl vuran kimi hiss olunur. Kassalarda da xüsusi aparatlar var. Pulu həmin aparata qoyaraq da yoxlamaq mümkündür. Ödəniş edən zaman pulun saxta çıxması o demək deyil ki, vətəndaş saxtakardır. Böyük ehtimal o pulu kimsə həmin insana da verib”.
Sevinc