165 saylı avtobusla keçmişə səyahət edirlər?

ÖLKƏ
13:57 / 27.09.2024
47

Kənd Binəqədinin 165 nömrəli avtobusundan şikayətlər var.

Sakinlər köhnə, sınıq salxaq avtobuslardan şikayətçidirlər.

Hit.az-a daxil olan şikayətlərdə deyilir:

“Dedilər qiymət də qalxır,  keyfiyyət də. Hanı bəs o keyfiyyət? 165 saylı avtobusu sanki nə yuyurlar, nə dizenfeksiya edirlər. Oturacaqlarda oturmağa adam iyrənir. Hərçənd oturan da rahat olmur. Hamısı qırılıb, çünki. Elə hey deyirlər təzə avtobus veriləcək. Nə zaman olacaq bu, bilən yoxdur. Deyirlər, Çindən elektrikli avtobuslar gətirilir, 165-in xəttinə onlar buraxılacaq. Gözləyin. Gətiriblərsə, istismara buraxsınlar, yorulduq. Kecmişə canlı ekskursiyadir , yaxşı ki, əlavə ödəniş tələb eləmirlər”.

Bu fikirləri həmin marşrutun daimi sərnişinləri səsləndiriblər.

Ümid  edirik, ictimai nəqliyyatda hansısa faciə baş verməzdən öncə, avtobusları yeniləyərlər.

Murad

0