Qüdrət Qurbanova yeni vəzifə verildi - Heydər Əsədovun yerinə gətirildi

ÖLKƏ
15:10 / 27.09.2024
203

Ləğv edilən Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanova yeni vəzifə verilib. 

Qaynarinfo-nun məlumatına görə, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədri Rauf Vəliyev onu Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) prorektoru və rektor əvəzi təyin edib.

Yaxın günlərdə müvafiq əmrlə onun rektor təyin ediləcəyi gözlənilir. 

Qeyd edək ki, ADDA-nın sabiq rektoru Heydər Əsədov deputat seçildiyinə görə vəzifəsindən azad olunub. 

0