Azərbaycanda siqaret çəkən qadın və kişilərin sayı açıqlandı

ÖLKƏ
23:59 / 27.09.2024
36

Azərbaycanda siqaret çəkən 1 milyon 132,8 min kişi, 8 min 56 qadın var.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, 20-44 yaşlı qadınlar arasında 4 min, 45-64 yaşlı qadınlar arasında 2 min 489, 65 yaşından yuxarı qadınlar arasında isə 1 567 siqaret çəkən olub.

Kişilər arasında isə siqaret çəkmə yaşı 15-dən başlayır. 15-19 yaşlı kişilər arasında 815, 20-44 yaşlı kişilər arasında 517 min 882, 45-64 yaşlı kişilər arasında 506 min 393, 65 yaşından yuxarı kişilər arasında isə 107 min 732 siqaret çəkən olub.

0