Xocalı rayonu ərazisində Radio Televiziya Yayım Stansiya qülləsi inşa olunacaq.
İqtisadiyyat.az xəbər verir ki, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi bununla bağlı hazırlıqlara başlayıb.
Qurum qüllənin layihələndirilməsinə dair texniki şərtlərin hazırlanması işlərini Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutuna həvalə edib.
Xatırladaq ki, işğaldan azad olunan ərazilərdə radio-televiziya yayım şəbəkəsinin bərpası istiqamətində bir müddət əvvəl müvafiq işlərə başlanılıb.
Qeyd edək ki, təmir, tikinti və bərpa tədbirləri “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına uyğun olaraq həyata keçirilir.