Azərbaycanda təhsil alan qızların sayı artıb.
Belə ki, dövlət və qeyri-dövlət ali məktəblərində 2023-2024-cü tədris ilinin əvvəlinə təhsil alan zərif cinsin nümayəndələrinin sayı 118 min 290 nəfər olub.
Onlardan 100 min 529-u dövlət, 18 min 31-i isə özəl müəssisələrdə ali təhsil alıb.
Bu məlumat Dövlət Statistika Komitəsinin "Azərbaycanda təhsil, elm və mədəniyyət-2024" məcmuəsində əks olunub.
Maraqlıdır, oğlan tələbələrin sayı niyə azalır?
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a şərhində bildirib ki, Azərbaycan təhsil ocaqlarında təhsil alan oğlan tələbələrin sayının azalması gözlənilən idi:
“Danılmaz faktdır ki, oğlanların əksəriyyəti ali təhsil üçün xarici ölkələrdə oxumağı üstün tutur. Son illərin statistikasına nəzər salsaq görərik ki, xarici ölkələrdə təhsil alan azərbaycanlı oğlanların sayı artmaqda davam edir. Həmçinin, elə ixtisaslar var, ora oğlanlar maraq göstərmir. Məlumdur ki, müəllimlik ixtisası üzrə təhsil alanların əksəriyyəti məhz qızlardır. Gənclər ixtisas seçərkən gələcəkdə o sahə üzrə iş tapıb-tapa bilməməsini düşünür. Elə ixtisaslar var ki, iş tapmaq elə də asan deyil. Bu səbəbdən də oğlanlar bəzi sahələr üzrə ali təhsildən yayınır”.
Sevinc