"Renault" yeni model istehsal edib - İLK FOTOLAR

ÖLKƏ
11:59 / 02.10.2024
58

Fransanın avtomobil brendi "Renault" yeni model istehsal edib.

Hit.az xəbər verir ki, "Renault 4" adlanan yeni model Paris Avtomobil Sərgisində təqdim olunacaq.

Lakin avtomobilin təqdim olunmadan öncə ilkin fotoları və məlumatları yayılıb. Belə ki, "Renault 4" 150 at gücündə olacaq. Sözügedən model həm də 52 kVt/saat tutumlu akkumulyatora malikdir. 

Həmçinin, bu modelin salonunun "Renault 5" avtomobilləri ilə bənzər bir tərtibatda olması gözlənilir. Avtomobilin uzunluğu açıqlanmasa da 3.92 metr uzunluğundakı "Renault 5"dən daha uzun olması proqnozlaşdırılır. 

Qeyd edək ki, avtomobilin digər detalları və qiyməti isə hələlik məlum deyil. 

Pərviz

0