Geomaqnit qasırğası gözlənilir

ÖLKƏ
13:50 / 03.10.2024
120

Oktyabrın 4-5-də Yerdə geomaqnit qasırğası olacaq.

Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından verilən xəbərə görə, oktyabrın 4-ü gecə saatlarından başlayaraq səhər 08:00 radələrinədək G2 (orta) səviyyəli qasırğa gözlənilir.

Bildirilib ki, sonradan geomaqnit sahə fon səviyyəsinə enəcək.

Həmin gün axşam saat 21:00-dan etibarən G2 (orta), gecə saat 01:00-dan başlayaraq oktyabrın 5-i saat 09:00-dək G1 (mülayim) səviyyəli geomaqnit qasırğasının olacağı proqnozlaşdırılır.

0