Elman Paşayevin ittihamı açıqlandı - 10 ilə qədər HƏBS...

ÖLKƏ
10:45 / 04.10.2024
188

Rusiyada azərbaycanlı hüquqşünas, keçmiş vəkil Elman Paşayevə qarşı irəli sürülən ittiham məlum olub.

Modern.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, ona qarşı xüsusilə külli miqdarda dələduzluq ittihamı irəli sürülüb.

Məlumata görə, Elman Paşayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsində (xüsusən külli miqdarda dələduzluq) nəzərdə tutulan cinayəti törətməkdə ittiham olunur. Bu maddə ilə onu 10 ilə qədər həbs gözləyir.
 
Keçmiş vəkil istintaqla əməkdaşlıqdan imtina edib. İstintaqın keçmiş vəkilin işi üzrə üç şahidi dindirdiyi bildirilib.

Qeyd edək ki, Elman Paşayev sentyabrın 18-də saxlanılıb. Rusiya İstintaq Komitəsi onun blogerlər Aleksey və Yelena Blinovskilərə qarşı 46 milyon rubl dəyərində dələduzluq etməkdə şübhəli bilindiyini açıqlayıb.

Oktyabrın 2-də İkinci Qərb Rayon Hərbi Məhkəməsi külli miqdarda dələduzluq işi üzrə keçmiş vəkilin həbsinə dair qərarı qüvvədə saxlayıb və Paşayevin müdafiəçilərinin sentyabrın 23-də verdiyi apellyasiya şikayətini təmin etməyib.

0