"Azərbaycanda su təminatı yetərincə səviyyədə deyil"

ÖLKƏ
11:52 / 04.10.2024
116

“Azərbaycanda su təminatı yetərincə səviyyədə deyil. Məlumat üçün deyim ki, hər il Azərbaycanın 20-23 milyon kubkilometr su ehtiyatı yaranır”.

Bu sözləri aqrar sahə üzrə ekspert Akif Nəsirli Hit.az-a deyib.

O bildirib ki, bu qədər su ilə inkişaf etmiş dünya ölkələri 2 milyon hektar kənd təsərrüfatına yararlı sahəni su ilə təmin edir: 

“10 milyon kubkilometr 1 milyon hektarı suvarır. Bu müasir normadır. Halbuki Azərbaycanda 20 milyon kubkilometrdən çox su ehtiyatı yaranır, ancaq 500 min hektar belə normal suvarılmır. Biz suvarıla bilən ərazinin üçdə birini belə  normal suvara bilmirik. Nəzərə almaq lazımdır ki, bizim su ehtiyyatımızla İsrail 1 milyon hektar ərazini suvarır”.

Sevinc
 

0