Ailədaxili məişət zorakılığı: Hara müraciət etmək olar?

ÖLKƏ
18:30 / 04.10.2024
162

Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti sualı  cavablandırıb 

Məişət zorakılığı dedikdə tam olaraq nə nəzərdə tutulur?

Hit.az-ın  bu sualını cavablandıran hüquqşünas Elvin Mabayev bildirib ki, məişət zorakılığı dedikdə yaxın qohumluq münasibətlərində birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması nəzərdə tutulur:

"Bu fiziki, psixi, iqtisadi xarakterli və cinsi zorakılıq ola bilər. Fiziki, psixi, cinsi zorakılıq hərəkətləri və iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi nəticəsində fiziki və ya mənəvi zərər çəkmiş şəxs zorakılıq qurbanı sayılır. Belə şəxslərin hüquqları qanunla təsbit edilib. Zərərçəkmiş şəxs əli heç yerə çatmırsa yerli icra hakimiyyətinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və onun yerli şöbələrinə, Vəkillər Kollegiyasına, polisə müraciət edə bilər".

Murad

0