Beyin axını, beyin köçü məsələsi qlobal dünyanın ən böyük problemidir.
Ən intellektual insanlar daha inkişaf etmiş ölkələrə, daha yaxşı yaşayış dalınca köç edirlər.
"Beyin axını" ( dünyada bu termin "Brain drain" adlanır) eyni zamanda ən güclü inkişaf faktoru kimi qəbul olunur.
Dünya miqyasında bu mövzuda böyük elmi tədqiqatlar aparılır.
Beyin axını üzrə idxalçı ölkələr ciddi inkişafa nail olanlardır.
Hələ bir dənə də olsun əks fakt qeydə alınmayıb.
İqtisadiyyatda durum ardınca tək gənclər deyil, yaşlı, qoca, pensiyaçılar da imkan axtarışındadır.
Bu amil inkişafı geri qalan və yeni inkişaf etməyə hazırlaşan bütün ölkələr üçün keçərlidir.
Qarşısını almağın yollarını fikirləşməkdənsə, beyin köçü idxalçısı olmağı düşünmək lazımdır.
Əsrlər boyu insanlar miqrasiya ediblər. İnsan ağac deyil ki, bir yerdə bitə. O xoşbəxt olduğu yerə can atır.
Bu gün köç edənlərin ən böyük seçimi 3 istiqamətdir - Kanada, Amerika, Avropa ölkələridir.
Onların geri dönüşünə ümid yoxdur,
Düşünmək, yol tapmaq zamanımız çoxdan çatıb.
Azərbaycan sərvətləri , insanı ilə, coğrafi mövqeyi ilə xoşbəxt ölkədir, Allah hər şey bəxş edib.
Qalır bir balaca öz vətəndaşımıza olan öz münasibətimizi dəyişmək. Bu təkcə dövlət siyasəti deyil, bir az da düşüncə, mental problemimizdir.
Məncə turistə, gələnlərə etdiyimiz hörməti özümüzə etsək, xaricilər Azərbaycan vətəndaşı olmaq üçün sıraya düzüləcək.
Murad