Mürsəl İbrahimov idarə rəisini işdən çıxardı - Yeni təyinat

ÖLKƏ
17:19 / 04.10.2024
43

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Qaradağ rayonu idarəsinin rəisi Faiq İsmayılov vəzifəsindən azad edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı SHXÇDX-nin rəisi Mürsəl İbrahimov əmr imzalayıb.

Xidmət rəisinin digər əmri ilə Faiq İsmayılov Yasamal rayonu idarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Nasir Qurbanov isə SHXÇDX-nin Qaradağ rayon idarəsinin rəisi təyin edilib.

0