Horovlu kəndində tikinti işləri nə yerdədir? - FOTO

ÖLKƏ
11:45 / 05.10.2024
348

Birinci mərhələdə Cəbrayılın Horovlu kəndinə 1395 nəfərin köçürülməsi üçün tikilən 334 fərdi evin hörgü işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür.

Kəndin layihələndirilən ümumi ərazisi 248 hektardır və perspektivdə bu kənddə 3470 nəfərin, yəni 867 ailənin yaşaması nəzərdə tutulub.

İnşa olunan evlər iki, üç, dörd və beş otaqdan ibarətdir. Həmçinin, burada məktəb binası, uşaq bağçası və digər iaşə obyektlərinin tikintisi davam etdirilir.

Kəndin dayanıqlı su təchizatını təmin etmək məqsədilə burada əvvəllər mövcud olmuş kəhrizlərin bərpası üçün layihə də həyata keçirilib.

Qeyd edək ki, Horovlu kəndinin təməli 2023-cü il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.//Trend

0