“Mediada Beynəlxalq Jurnalistika” mövzusunda təlim keçirilib

ÖLKƏ
15:50 / 07.10.2024
51

Jurnalistlərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə “Mediada Beynəlxalq Jurnalistika” mövzusunda təlim keçirilib. 

Hit.az xəbər verir ki, təlimdə jurnalistikaya marağı olan, bu sahədə ilk addımlarını atan gənclər, media nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan Jurnalistlərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin  sədri Gülnarə Nemətova, müasir informasiya əsrində “Mediada Beynəlxalq Jurnalistika” mövzusunun əhəmiyyətindən və aktuallığından danışıb. 

Daha sonra söz Azərbaycan radiosunun Xüsusi Layihələr Redaksiyasının baş redaktoru Dilşad Mirzəyevaya (Tahirqızı) verilib. Dilşad xanım Azərbaycanda beynəlxalq jurnalistikanın problemlərindən danışıb, iştirakçılara jurnalistikanın  peşə sirlərinə yiyələnmək yollarını açıqlayıb, yeni yaradıcılıq texnologiyalarından, onun əlverişli forma və metodlardan istifadə edilməsi imkanlarından bəhs edib. 

Azərbaycan Televiziya və Radio Verilişləri QSC nəzdində fəaliyyət göstərən Beynəlxalq Radionun fəaliyyətindən , aparıcısı olduğu “Durna teli” proqramından danışıb. Məlumat üçün qeyd edək ki, Beynəlxalq Radio ilə “Türkiyənin səsi” radiosu “Durna teli” adlı proqramla   birgə yayım  həyata keçirir. 

Təlim maraqlı müzakirəklərlə ilə yadda qalıb. Sonda təlim iştirakçılarına sertifikat təqdim edilib.

0