Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu xalqımızı Respublika Günü münasibəti ilə təbrik edib.
HİT.Az xəbər verir ki, qardaş ölkənin XİN rəhbəri Azərbaycan dilində yazdığı təbrik mesajını özünün “Twitter” hesabında paylaşıb:
“İki dövlət, bir millət, tək ürəyik!
Can Azərbaycanın 102-ci Respublika Günü mübarək olsun. Dost və qardaş Azərbaycan xalqını sevgi ilə salamlayıram. Sən yaşa Azərbaycan!”