Üç gün əvvəl ad günü olmuşdu, vəfat etdi

ÖLKƏ
11:55 / 09.10.2024
94

Qusarda gənc müəllim vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, Qusar şəhər 4 nömrəli tam orta məktəbin informatika müəllimi Zöhrabova Zərif Radəl qızı dünən axşam saatlarında dünyasını dəyişib.

Onun xəstəlik səbəbindən öldüyü bildirilir.

Qeyd olunub ki, oktyabrın 5-də Z.Zöhrabovanın ad günü imiş və məktəb kollektivi onu ziyarət edərək təbrik edibmiş.

0