“20 yanvar metro stansiyasından dilənçilər niyə yığışdırılmır?”

20:00 / 28.05.2020
1187

Tanınmış telejurnalist Şöhrət El-Dəniz 20 yanvar metro stansiyasının girişində məskən salmış dilənçilərlə bağlı metropolitenin polis rəisinə müraciət edib.

Azpost.info bildirir ki, Şöhrət El-Dəniz metro stansiyasının girişindən daxilinə qədər düzülmüş dilənçilərin gediş-gəlişə mane olduğunu yazıb: “20 yanvar metrosunun həndəvəri və girişi nə vaxt düzələcək? Koronovirus da kömək etmir. Metronun girişindən içəri girənə qədər dilənçilər düzülür. Adam bilmir yol tapıb getsin, yoxsa koronovirusdan qorunsun. Biz görmüşük dilənçi məscidin yanında, qəbirstanlıqda, ziyarətgahların həndəvərində olar”.

Şöhrət El-Dəniz yazıb ki, hərəkətin pik vaxtlarında bu həndəvərdə polis əməkdaşına rast gəlmək olmur: “ Bizdə qardaş dilənçilərin ranqına uyğun bölgüləri var. 20 yanvar metrosu, metro vaqonlarının içi, stansiyaları, daha “elit”ni dilənçilər şəhərin mərkəzində. Bu biabırçılıq nə vaxt bitəcək? Bildiyimə görə metropoliten polisinə yeni rəsi təyin ediblər. Xahiş edirəm, bu məsələyə bir əncam çəksin”.

0