Türkiyədən xəstəxanadan qayıdan Əməkdar həkim vəfat etdi

ÖLKƏ
09:32 / 10.10.2024
222

Azərbaycanın Əməkdar həkimi Tərifə İskəndərova vəfat edib.

Bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib.

Qeyd edilib ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Məlumata görə, T.İskəndərova bir müddətdir müalicə olunduğu Türkiyədəki xəstəxanaların birindən bir neçə gün əvvəl evə buraxılıb və o, ölkəyə qayıdıb.

Qeyd edək ki, T.İskəndərova uzun illər Binəqədi rayonu 9 saylı qadın məsləhətxanasının baş həkimi vəzifəsində çalışıb. 2018-ci ildə “Əməkdar həkim” fəxri adına layiq görülüb. O, 3 saylı şəhər poliklinikasının kollektivi poliklinikanın baş həkimi Sevda İskəndərovanın bibisidir.

0