Əfsanəvi qala ilə bağlı maraqlı faktlar: Bayıl qəsrinin sirri nədədir? - VİDEO

ÖLKƏ
19:19 / 10.10.2024
251

Görkəmli Azərbaycan şairi Arif Ərdəbili 1369-cu ildə yazdığı "Fəryadnamə" poemasında bir qaladan bəhs edir:

"Bakıda dənizdə bir qala var ki, yeni şəhər qalasını orada su basıb".

Arif Ərdəbilinin haqqında danışdığı bu qala, 13-cü əsrə aid tarixi memarlıq nümunəsi olan Bayıl qalasıdır. Xəzər dənizində suyun səviyyəsi geri çəkildikcə qalanın qalıntıları üzə çıxmağa başlayıb.

Qala ilə bağlı bir sıra fərziyyələr mövcuddur. Hazırda sözügedən ərazidə araşdırma aparan tarixçi İdris Əliyevin sözlərinə görə, arxeoloji cəhətdən qalanın öyrənilməsinə 30-cu illərin sonlarından başlanılıb:

"Çünki Xəzər dənizinin suyu o vaxtlar çəkilmişdi. İki mərhələdə qazıntı işləri aparılıb. Qazıntılar 1940, 1945 və 1946-cı illərdə, müharibə ilə bağlı olub. Üçüncü mərhələdə isə 60-cı illərdə qaladan 700-ə yaxın yazılı daş aşkar edilib. Bu daşlarda insan, heyvan və müxtəlif iqlimlərin təsvirləri yer alıb. Həmin daşlar hazırda Şirvanşahlar Muzeyində saxlanılır".

Sözügedən abidə müxtəlif mənbələrdə "Sualtı şəhər", "Bayıl daşları", "Səbayıl qalası", "Karvansara", "Xanəgah", "Gömrükxana" kimi qeyd olunsa da, elmi ədəbiyyatda daha çox "Bayıl qəsri" adı ilə tanınır.

Arxeoloq İdris Əliyevin sözlərinə görə, tədqiqatlar nəticəsində bəlli olub ki, əsrlərdir qalanın məhv olma səbəbi ilə bağlı irəli sürülən fikirlər tamamilə yanlışdır.

Qeyd edək ki, qalanın bərpası üçün yaxın gələcəkdə Arxeologiya və Antropologiya İnstitutunda yeni yaradılan Xəzər Arxeologiyası Şöbəsi tədqiqatlara başlayacaq.

Ətraflı Baku TV-nin süjetində:


 

0