“Azərbaycanda uşaq yeməkləri, ümumiyyətlə, istehsal olunmur. Bu sahədə biz tamamilə xaricdən asılıyıq”.
Bu sözləri Hit.az-a iqtisadçı Natiq Cəfərli deyib.
O bildirib ki, uşaq qidalarının qiymətinin tənzimlənməsi üçün idxal rüsumlarının və vergilərin azaldılması yolu ilə qiymətləri tənzimləmək olar:
“Uşaq yeməklərinə tədbiq olunan bütün növ idxal rüsumları və 18% Əlavə Dəyər Vergisi ləğv edilməlidir. Bu zaman bazarda müəyyən tənzimləmələr baş verə bilər, hətta qiymətlərin ucuzlaşdığını da görə bilərik”.
Sevinc