TƏBİB-də yeni təyinat

ÖLKƏ
19:05 / 12.10.2024
57
TƏBİB-də yeni şöbə müdiri təyinatı olub.
 
HİT.az xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanov əmr imzalayıb.
 
Əmrə əsasən, Aysel Pənah qızı Bayramova TƏBİB-in İnzibati İdarəetmə departamentinin Satınalma və təchizat şöbəsinin müdiri təyin olunub.
 
Qeyd edək ki, Aysel Bayramova bu təyinata qədər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində baş məsləhətçi vəzifəsində çalışıb.
 

0