Yeni yaradılacaq Bakının "rəqəmsal əkiz"inin hansı üstünlükləri olacaq? - VİDEO

ÖLKƏ
10:40 / 14.10.2024
46
Bakının "rəqəmsal əkiz"i yaradılır.
 
Xezerxeber.az-ın məlumatına görə, artıq 6 milyondan çox unikal məlumat məntəqəsi bu sistemə daxil edilib.
 
"Rəqəmsal əkiz" sistemi dünyanın bir çox ölkələrində tətbiq edilir və şəhər mobilliyinin təmini baxımından unikal sistem hesab olunur.
 
İnformasiya texnologiya üzrə ekspert Fərid Pərdəşünas bildirib ki, paytaxtın bütün yolları, ictimai iaşə obyektləri, təhsil, səhiyyə ocaqları burada əks olunacaq. Məlumatlar isə müxtəlif mənbələrdən əldə ediləcək. Onun sözlərinə görə, "rəqəmsal əkiz" vasitəsilə əhalinin gündəlik axını da müşahidə ediləcək, nəqliyyata olan tələb hesablanacaq.
 
Ekspert qeyd edib ki, sistem sayəsində həmçinin nəqliyyatla bağlı veriləcək istənilən qərarın təsirini öncədən proqnozlaşdırmaq da mümkün olacaq.
 
Onlar hesab edirlər ki, Azərbaycanda da rəqəmsal əkizlərin tətbiqi ilə bağlı əlverişli şərait var. Bu sistem bizə əlavə imkanlar yaradacaq. Hətta gələcəkdə Azərbaycan öz modelini təcrübə kimi dünya ölkələri ilə də paylaşa bilər.
 
Ətraflı süjetdə:
 

0