Generala ağır itki üz verdi - FOTO

ÖLKƏ
11:47 / 15.10.2024
93

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini vəzifəsində çalışmış məşhur general Hüseyn Əlixanovun qardaşı vəfat edib.

HİT.az manset.az-a istinadıa xəbər verir ki, generalın qardaşı tanınmış jurnalist, dramaturq Vaqif Əlixanlı bu gün səhər saatlarında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Bu haqda məlumatı general Hüseyn Əlixanov özü manset.az-a açıqlamasında bildirib.

Qeyd edək ki, Vaqif Əlixanlı media sahəsində bir sıra mühüm vəzifələrdə çalışıb. O, müxtəlif illərdə Ans tv-də, 2008-ci ildə Space tv-də baş redaktor, 2013-2021-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin nəşri olan "Qobustan” incəsənət jurnalının baş redaktoru olub.

0