Nazir rəis əvəzini vəzifəsindən azad etdi, yeni müavin təyin olundu

ÖLKƏ
12:15 / 16.10.2024
85

Ədliyyə Nazirliyində Cəzaların İcrasına Nəzarət Baş İdarəsinə yeni rəis müavini təyin edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Quliyev Zaur Zakir oğlu sözügedən vəzifəyə təyin olunub. 

Cəzaların icrasına nəzarət Baş İdarəsinin rəisi vəzifəsini icra edən İlham Abasquliyev bu vəzifədən azad edilib. 

Ədliyyə Naziri Fərid Əhmədov bununla bağlı müvafiq əmr imzalayıb.

0