Yerli çayın qiyməti niyə bahalaşır?

21:39 / 16.10.2024
170

Azərbaycan istehsalı olan çayın qiyməti qalxmaqda davam edir. 

Qiymət artımı yerli və idxal olunan çaylarda müşahidə olunur. 

İqtisadçı Natiq Cəfərli Hit.az-a deyib ki, ölkəmizdə yerli çay istehsalı azdır:

"Mağazalarda yerli markalar adı altında satılan çayların əksəriyyəti xaricdən gətirilərək,  burada qablaşdırılır. Satılan çayların 90 faizə yaxını xaricdən gətirilib, burada qablaşdırılan çaylardır. Ölkədə qablaşdırıldıqdan sonra yerli çaylar adı altında bazara çıxarılır. Çayçılıq ağır sahədir və illərə hesablanmış investisiyalar lazımdır. Bir çay kolunun əkilib-becərilməsi, məhsul verməsi 6 ilə başa gəlir. Azərbaycanda isə uzunmüddətli biznes layihələrinə maraq yoxdur. Əgər bankdan kredit götürüb, çay kolu əksəniz, 6 ilin sonuna götürdüyünüz məbləğin iki qatını faizlər şəklində ödəməli olacaqsınız. Bu da heç kəsə sərf etmir. Belə şəraitdə də çay kollarının sayı azalır”. 

Sevinc

0