Nazir onlara yüksək vəzifə verdi

ÖLKƏ
09:45 / 17.10.2024
173

Ədliyyə Nazirliyinin daha iki idarəsinə müavinlər təyin olunub. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, İsmayılov Seymur Bəhram oğlu nazirliyin Notariat Qeydiyyat və Reyster Baş İdarəsinə, Məmmədov Vüsal Valeh oğlu Məhkəmə Ekspertiza Mərkəzinin rəis müavini təyin edilib. 

Bununla bağlı nazir Fərid Əhmədov müvafiq əmr imzalayıb. 

Qeyd edək ki, Seymur İsmayılov bundan əvvəl Dövlət reyestrləri idarəsinin rəisi vəzifəsini icra edən, Ədliyyə sahəsində xidmətlər baş idarəsinin Notariat idarəsinin böyük məsləhətçisi vəzifəsində çalışıb. 

Vüsal Məmmədov isə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Psixoloji ekspertiza şöbəsinin rəisi vəzifəsini tutub.
 

1