İşlənmiş kombilərə təlabat artıb.
Xezerxeber.az xəbər verir ki, qiymətləri yenilərindən təxminən 40-50 faiz ucuz olan bu məhsullara zəmanət də verilir.
Satıcılar bildirir ki, kombilərin qiymətləri istehsal olunduğu ölkəyə və su tutumuna görə dəyişir.
Onlar bildirir ki, kohnə kombilərin təmir xərcləri onun satış qiymətinə birbaşa təsir edir. Ehtiyat hissəsi çox pul aparan kombilər baha qiymətə təklif edilir.
Yeniləri kimi işlənmiş kombilərə də zəmanət verilir.
Satıcılar bildirir ki, növbəti həftələrdə 2-ci əl kombi bazarında müəyyən təxminən 5-10 % ucuzlaşma gözlənilir.