Başqa hansı ölkələrə tək şəxsiyyət vəsiqəsi ilə gedə bilərik? - AÇIQLAMA

ÖLKƏ
10:07 / 21.10.2024
408

"Türkiyə yeganə dövlətdir ki, qarşılıqlı razılaşma əsasında Azərbaycan vətəndaşları ora yeni tipli şəxsiyyət vəsiqəsi ilə gedə bilirlər. Eyni zamanda, Türkiyə vətəndaşları da sadəcə şəxsiyyət vəsiqəsi ilə ölkəmizə gələ bilirlər".

Bu sözləri turizm üzrə ekspert Ceyhun Aşurov Hit.az-a açıqlamasında deyib.

O, gələcəkdə bu siyahının artırılma ehtimallarından danışıb:

"Bu, ölkələr arasında olan münasibətlərdən və yaxınlaşmanın səviyyəsindən, habelə qarşılıqlı razılaşmadan asılıdır. Məsələn, Avropa İttifaqı ölkələri arasında məhdudiyyət yoxdur. Yəni öz pasportları ilə bütün Avropa İttifaqı ölkələrinə rahatlıqla səyahət edə bilirlər".

360513

Mütəxəssis qeyd edib ki, bənzər addımın gələcəkdə türk dövlətləri arasında da atılması gündəmə gələ bilər:

"Türk dövlətləri arasındakı hansısa birlikdə bunu etmək olar. Bu, türk dövlətləri arasındakı yaxınlaşmanın daha da inkişaf etməsindən asılı olacaq. Məsələn, son zamanlarda ortaq əlifba məsələsi gündəmə gəlib. Həmçinin, türk dövlətləri müəyyən siyasi məsələlərdə eyni mövqedən çıxış edirlər. 

İqtisadi yaxınlaşma, ticari əlaqələrin böyüməsi, dövriyyənin artması bu ölkələri daha da yaxınlaşdıracaq. Düşünürəm ki, yaxınlaşmağa daha bir addım kimi türkdilli ölkələr arasında tək şəxsiyyət vəsiqəsi ilə səyahətə imkan yaradılması ehtimalı ola bilər".

Ceyhun Aşurov diqqətə çatdırıb ki, bunun olması həmin ölkə arasında vətəndaşların mədəni yaxınlaşmasını bir az daha artırar:

"Həmçinin, bu addım tərəflər arasındakı ticarət dövriyyəsi də müsbət təsir göstərər, habelə qarşılıqlı iqdisadi əlaqələri gücləndirər. Eyni zamanda, türk dövlətlərinə turist axını artar və ölkələr arasındakı qarşılıqlı səyahət daha da stimullaşar". 

Pərviz

0