Azərbaycan Tibb Universitetinə (ATU) yeni prorektor təyin olunub.
Modern.az-ın əldə etdiyi məlumata görə, ATU-nun Tədris Stomatoloji Klinikasının direktoru Mahir Səfərov Tərbiyə işləri üzrə prorektor vəzifəsinə gətirilib.
1963-cü il təvəllüdlü prorekor 2020-ci il sentyabr ayından etibarən ATU-nun Tədris Stomatoloji Klinikasının direktor vəzifəsində çalışırdı.
Qeyd edək ki, Universitetin tərbiyə işləri üzrə keçmiş prorektoru Zülfüqar Musabəyov ATU rektorunun müşaviri vəzifəsinə təyin olunub. O, keçən aydan bu vəzifənin icrasına başlayıb.
Məlumatı ATU-nun mətbuat katibi Günel Aslanova təsdiqləyib.