Yol polisini videoya çəkmək olar?

ÖLKƏ
18:49 / 21.10.2024
137

Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.

Yol polisini video çəkməyə icazə var?

Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Adil Piriyev bildirib ki, şəxsi həyata aid olmadığı üçün icazə var:

“Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs özünün razılığı olmadan video və foto çəkilişinə məruz qala bilməz. Bu şəxsi həyata müdaxilə hesab olunur. Yol polisinin isə öz vəzifə səlahiyyətlərini icra etməsi şəxsi həyata aid olmadığı üçün onun şəkilinin və ya videosunun çəkilməsinə icazə var”. 

Murad
 

0