Varşavanın oktyabrın 18-də Berlində Ukrayna ilə bağlı keçirilən görüşdən kənarda qalmasına görə Polşanın baş naziri Donald Tusk günahkardır.
HİT.az xəbər verir ki, bu barədə RMF24 radiosunun efirində Polşa prezidentinin ofisinin rəhbəri Marçin Mastalerek bildirib.
Mastalerekin məlumatına görə, ölkənin baş naziri almanpərəst siyasət yürüdür.
"Donald Tusk Avropa İttifaqında kartlarını oynamaq istəyirdi, lakin onun döyüldüyü məlum oldu", deyə Marçin Mastalerek bildirib.
Estoniyanın keçmiş prezidenti Toomas Hendrik İlves daha əvvəl iddia etmişdi ki, Almaniya kansleri Olaf Şolts Tuskun Berlindəki görüşə dəvətini şəxsən ləğv edib.
Bundan əvvəl Amnesty International (AI) hüquq müdafiə təşkilatı Polşanın baş naziri Donald Tusku miqrantlara sığınacaq verilməsi prosesini dayandırmaq niyyətinə görə tənqid etmişdi. Oktyabrın 12-də Tusk bəyan edib ki, Polşa hakimiyyəti miqrantların köçürülməsi ilə bağlı Avropa paktını dəstəkləməyəcək.
Aydın