Televiziyaya maraq niyə azalıb? - Maraqlı SƏBƏBLƏR

ÖLKƏ
12:42 / 23.10.2024
301

"Son dövrlərdə televizora baxan insanların sayı kəskin azalıb. Bunun da bir çox səbəbləri var". 

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib. 

O, insanların televiziyaya marağının azalmasının səbəbləri barədə danışıb:

"İnsanların televiziyaya baxmama səbəblərindən biri keyfiyyətsiz reytinq xətrinə yayımlanan verilişlərdir. Həmçinin, bəzi insanların yaşadığı telefon və sosial media şəbəkə asılılığı da onları televizordan uzaqlaşdırır". 

360663

Ekspert telefon asılılığı barədə isə bunları deyib:

"Bəzi insanlar mobil telefondan xüsusi ilə də sosial şəbəkələdən, oyunlardan və başqa tətbiqlərdən həddindən artıq asılı olurlar. Hətta televizora baxa-baxa da sosial şəbəkələrdə dolaşan insanlar var. Üstəlik, həmin şəxslər telefon istifadə etmədikdə narahatlıq hissi keçirirlər". 

Həmsöhbətimiz televiziyaya marağın azalmasına təsir edən digər faktorlardan da bəhs edib:

"Gündəlik iş, təhsil və digər fəaliyyətlər insanların televizora baxmağa daha az vaxt ayırmalarına gətirib çıxarır. Nəticədə, insanlar zamanlarına uyğun olaraq öz istədikləri məzmunu izləmək üçün alternativ olaraq sosial şəbəkələri daha üstün tuturlar.

Bundan başqa, bir çox televiziya verilişləri psixoloji gərginlik, gündəlik məişət problemləri ekspertlərin dava-dalaşından ibarət olduğu üçün insanlar daha rahat hiss edəcəkləri platformalara yönəlirlər. Çünki hər bir insanın kifayət qədər sıxıntıları var. Ona görə də xaosdan qaçmağı üstün tuturlar. Bu isə televizordan üz döndərənlərin sayını artırır".

Pərviz

0