Aktyor Hikmət Rəhimov paylaşımı ilə diqqətləri üzərinə çəkib.
Ssənətçi küçədə tum çırtlayıb qabıqlarını yerə atanları sərt şəkildə tənqid edib.
"Hər gün gözəl Bakı bu vəziyyətdədir. Deyiləcək o qədər sözlər var ki... Kimlərə və hansı beyinlərə dediyini anlayanda və bu beyinlərlə bir şəhərdə yaşadığına görə sadəcə peşman olursan. Övladlarınıza təhsil verin, bəlkə onlardan adam oldu”, - deyə Hikmət vurğulayıb. //olay.az