Turizmlə bağlı ixtisaslar üzr təhsil alan tələbələr və bu peşəni yaxından öyrənmək istəyənlər üçün “Turizmin növləri” adlı kitab dərc olunub.
Dərs vəsaiti kimi istifadə olunması nəzərdə tutulan kitabın müəllifləri turizm sahəsinin inkişafında və turizm növlərinin tanıdılmasında xüsusi rol oynayan peşəkar turizmçilər Müzəffər Ağakərimov və Rəhman Quliyevdir.
Tədbirdə Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun rəsmiləri, turizm sənayesinin nümayəndələri, millət vəkilləri və bir sıra ali təhsil ocaqlarının müəllimləri iştirak ediblər.
Çıxış edənlər kitab haqqında öz təəssüratlarını bölüşüb, gələcəkdə gənc turizmçilərin formalaşdırılmasında, peşəkar kadırların hazırlanmasında və turizm növləri haqqında ətraflı məlumatların əldə olunmasında kitabın bir dərs vəsaiti olaraq faydalı olacağını bildiriblər.
Təqdimat mərasimində çıxış edən Milli Məclisin üzvləri Göydəbiz Qəhrəmanov, Razi Nurullayev, İlham Məmmədov, Nagif Həmzəyev, Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov, Azərbaycanın ictimai-siyasi xadimi, xalq şairi Sabir Rüstəmxanlı, Assosiasiya sədri Samir Dübəndi və bir çox ziyalılar kitabın zəruri əhəmiyyətini vurgulayıblar.