Son zamanlar tez-tez hava dəyişkənliyinin şahidi oluruq.
Hava gah isti olur,gah yağış yağır, gah da güclü külək. Yaxın günlər ərzində ölkə ərazisində güclü küləyin olacağı barədə xəbərdarlıq edilib.
Həkimlər bildirir ki, hava dəyişkənliyi insanlarda depresiyaya səbəb olur.
Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a bildirib ki, fəsil dəyişikliyi ilə əlaqədar oynaq xəstəliklərində havanın dəyişməsi özünü daha tez biruzə verir:
“Havanın soyuması infeksion xəstəliklərin artmasına səbəb olur. İnfeksiyalar artdıqca immunitet dəyişir, yoluxma meyl artırır. Havadakı ani dəyişikliklər nəticəsində depresiya, həssaslıq, yorğunluq, oynaq və baş ağrıları, həddindən artıq yuxuya meyillilik baş verə bilər. Ümumiyyətlə, insanlar yağışlı, qapalı havalarda daha dözülməz və pessimist əhvalda olurlar. Günəşli və təmiz havanın insan psixologiyasına müsbət təsir etdiyi məlumdur”.
Sevinc