2023-cü ildə Azərbaycanda 15-19 yaş qrupları arasında 2596 abort qeydə alınıb.
Qaynarinfo Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2023-cü ildə ümumilikdə 73,816 abort qeydə alınıb.
Abort etdirənlərdən 68-i 15-17 yaş aralığında, 2528-i isə 18-19 yaş aralığında olub.
Qeyd edək ki, 2022-ci ildə abortların sayı ümumilikdə 57.999 olub. Onlardan 2080-i 15-19 yaş aralığında olub. Bu da onu göstərir ki, sözügedən yaş kateqoriyası üzrə abortların sayında kəskin artım var. Xüsusilə də azyaşlılar, yetkinlik yaşına çatmayanlar arasında abortun çoxaldığı müşahidə edilir.