Bu ildən başlayaraq lisey şəbəkəsinin bölgələrdə genişlənməsini nəzərə alaraq qəbul imtahanlarının Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Şirvan, Şəki və Quba şəhərlərində də təşkili nəzərdə tutulur.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, imtahanların ayrı-ayrı siniflər üzrə müxtəlif məktəblərdə təşkil edilməsi planlaşdırılır.
Nazirlikdən bildirilib ki, lisey və gimnaziyaların yuxarı siniflərinə (V-IX) qəbul hər il may ayında keçirilirdi. Bu il yaranmış epidemioloji vəziyətə görə bu imtahanlar təxirə salınıb. Növbəti tədris ili üçün qəbul imtahanlarının avqust ayının sonlarında keçirilməsi nəzərdə tutulur.