Sevgilisinin ailəsini məhv edən kişi HƏBSDƏ ÖLDÜ

ÖLKƏ
23:56 / 28.10.2024
159

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. 

Orada cəza çəkən məhkum Rasim Təmraz oğlu Mustafayev dünyasını dəyişib.   

Onun xəstəlikdən öldüyü bildirilir. 

Qeyd edək ki, R. Mustafayev 2015-ci ildə qətl törətdiyi üçün həbs edilib.

O, sevgilisi Türkan Hüseynlini bıçaqlayıb, onun qardaşı, 1991-ci il təvəllüdlü Elvin Hüseynlini isə qətlə yetirib.

R.Mustafayev törətdiyi cinayət əməlinə görə 19 il müddətinə azadlıqdan məhrum edilib. 

0