Övladını Sumqayıtda dənizdə boğan Türkiyə vətəndaşına - 20 il həbs

ÖLKƏ
13:10 / 30.10.2024
109

Azyaşlı övladını dənizdə boğan Türkiyə vətəndaşı Yeşil Ahmet Turanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən Ahmet Turan köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürməkdə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin martında Sumqayıt şəhərində qeydə alınıb.

0