Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.
Pirotexniki vasitələrdən qanunsuz istifadənin cəzası varmı?
Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Adil Piriyev bildirib ki, icazəsiz istifadəsinə görə cərimə tətbiq edilə bilər:
“İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən, xüsusi icazə olmadan mülki dövriyyəsinin məhdudlaşdırılmış əşyalardan istifadə etmək cinayət məsuliyyəti yaradır. Belə ki, sahibkarlıq fəaliyyətini həyata keçirməyə görə, inzibati xəta nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə tətbiq edilir.
Prezidentin 2005-ci il 12 sentyabr tarixli fərmanına görə, pirotexniki məmulatlar, tezalışan və partlayıcı maddələr də bu tip əşyalardandır”.
Murad